Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
E.Rəhimov qeyd edib ki, süd verən analarda doğum sonrası depressiya riski çox aşağı olur:
"Eyni zamanda bəzən analar südünün az olmasından şikayətlənirlər. Amma unutmaq olmaz ki, uşağın mədəsi çox kiçikdir. 10 milli qədər süd varsa belə, bu uşaq üçün olduqca faydalıdır. Bəzi miflər var ki, keysəriyyə əməliyyatından sonra süd gəlmir. Bunun keysəriyyə ilə aidiyyatı yoxdur. Qidalanmaya gəldikdə isə çox yeməkdənsə sağlam qidalanma və bol maye qəbulu tövsiyə olunandır”.
Həkim əlavə edib ki, 80-ci illərə qədər ana südü ilə yanaşı uşaqlara su da verilib:
“Lakin buna ehtiyac yoxdur. Yeni doğulmuş uşağın mədəsi tez genişlənir. Və doyma hissi tez yarana bilər. Beləliklə uşaq yeməkdən imtina edə bilər. Ana südünün tərkibi 88% sudan ibarətdir. Ana südünün tərkibində uşaq üçün lazım olan bütün vitaminlər var, təkcə D vitaminindən başqa. Bununla yanaşı süni qida ilə qidalandırılan uşaqlara da su verməyə ehtiyac yoxdur”.