Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qarabağ”ın sabiq futbolçusu vəfat etdi

Rusiyanın "Spartak" klubunun və Latviya millisinin sabiq futbolçusu Andrey Rubins 43 yaşında vəfat edib.
 
Bu barədə Latviya Futbol Federasiyası məlumat yayıb.
 
Onun ölüm səbəbi açıqlanmayıb. Rubins 2003-2008-ci illərdə Rusiyada "Spartak" və Yaroslavl "Şinnik"ində çıxış edib. Moskva klubu ilə 2005-ci ildə Rusiya çempionatının gümüş mükafatçısı olub.
 
O, Latviyanın “Audu”, “Skonto” və “Metallurq”, İsveçin “Ester”, İngiltərənin “Kristal Pelas”, Azərbaycanın “İnter”(İndiki "Şamaxı"-red), “Qarabağ” və “Simurq” klublarında da çıxış edib. Skonto ilə iki dəfə Latviya çempionu olub (1998, 1999). O, "İnter"lə də Azərbaycan çempionu olub (2009/10).
 
Latviya millisinin heyətində 117 oyun keçirib və 9 qol vurub.
 
Rubins karyerasını 2012-ci ilin yayında başa vurub. O, son illərdə Latviyanın “Oqre” klubunun məşqçilər korpusunda çalışıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də