ABŞ dövlət katibi Entoni Blinken Şimali Koreyanın növbəti nüvə sınağı keçirməyi planlaşdırdığını bildirib.
Bunu Blinken BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulan ölkələrin konfransında çıxış edərkən deyib.
“Şimali Koreya qeyri-qanuni nüvə proqramını və regiona qarşı təxribatlarını genişləndirməkdə davam edir. Biz bu gün görüşürük və Pxenyan yeddinci nüvə sınağını keçirməyə hazırlaşır”, - deyə Blinken qeyd edib.
Bu ilin əvvəlindən KXDR Yapon dənizinə doğru 17-dən çox raket buraxılışı həyata keçirib. ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib ki, Pxenyan nüvə sınaqları keçirmək qərarına gələrsə, Vaşinqton Şimali Koreyaya qəti cavab verməyə məcbur olacaq.