
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 321 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 164 976, ölənlərin sayı isə 1 540 nəfərə çatıb.
Virusa yoluxanlardan 137 499 nəfərin sağaldığı bildirilir.