Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeni təyinat olacaq? – Emin Əmrullayevlə bağlı RƏSMİ AÇIQLAMA

Emin Əmrullayevin yeni təyinat olmadan elm və təhsil naziri kimi təqdim olunması barədə iradlara rəsmi münasibət açıqlanıb.
 
Elm və Təhsil Nazirliyindən  sorğusuna cavab olaraq bildirilib ki, nazir vəzifəsinə yeni təyinatdan söhbət getmir. E.Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir.
 
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb.
 
Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir", - deyə rəsmi açıqlamada vurğulanıb.
 
Qeyd edək ki, Emin Əmrullayevin elm və təhsil naziri kimi təqdim olunması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia olunur ki, E.Əmrullayev yalnız rəsmi təyinatdan sonra elm və təhsil naziri kimi təqdim edilə bilər.
 
Xatırladaq ki, iyulun 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.
 
Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də