Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni təxribatının qarşısı qətiyyətlə alınsın - Nazirdən ƏMR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Nazir əmrini iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb.
 
Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də