Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, akademik Akif Əlizadə xaricə gedib.
Bu barədə o, özü bildirib.
Akademik Azərbaycanda yeni Elm və Təhsil Nazirliyinin yaradılması, AMEA-nın elmi müəssisə və təşkilatlarının bu quruma verilməsi barədə sualımıza cavabında hazırda ölkə xaricində olduğunu söyləyib.
A.Əlizadə hansı ölkədə olduğu və xarici niyə getməsi barədə məlumat verməyib.
O, AMEA ilə bağlı suala cavab verə bilməyəcəyini, yalnız Azərbaycana qayıtdıqdan sonra bu haqda fikir bildirəcəyini vurğulayıb.
"Hazırda xaricdəyəm. Yəqin ki, 10 günə Azərbaycana qayıdaram. Gələndən sonra AMEA barədə danışaram. İndi bu məsələyə toxunmaq istəmirəm", - deyə A.Əlizadə qeyd edib.
Xatırladaq ki, iyulun 28-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.
Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.
Bundan əlavə, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
88 yaşlı Akif Əlizadə 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. “Şöhrət” və “Şərəf” ordenli elm xadimi 2019-cu ildə AMEA prezidenti vəzifəsindən istefa verib.