Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Laçın şəhəri indi boşdur, orada ən çox 10 erməni qalıb...”

“Laçının gah ermənilərin olduğunu söyləyirlər, gah da deyirlər yox, ermənilərin deyil...”




Laçın rayon mərkəzi və Zabux kəndindəki qanunsuz məskunlaşma yerlərini tərk etmiş ermənilər İrəvanın mərkəzində etiraz aksiyası keçiriblər. 

Moderator.az xəbər verir ki,  işğalçı Ermənistan mediasının yaydığı məlumata görə, “köçkün” ermənilər rəsmi qurumlardan  onların yaşayış yerlərinin statusunu izah etmələrini tələb edirlər. 

“Laçın şəhəri, Zabux və Sus kəndləri Rusiya sülhməramlıları və erməni tərəfinin nəzarətində olan Laçın dəhlizinə daxildir. Ancaq buna baxmayaraq hazırda həmin məntəqələr boşdurlar.Yerli sakinlər müharibə zamanı evlərini tərk ediblər və geri qayıtmağın təhlükəsiz olub-olmadığını bilmirlər. 

"Statusumuzu başa düşmürük. Laçının gah ermənilərin olduğunu söyləyirlər, gah da deyirlər yox, ermənilərin deyil. Bəzən geri dönün, sonra isə “yox” deyirlər. Nə baş verdiyini izah etsinlər ki, bundan sonra biz də nə edəcəyimizi başa düşək"- deyə Laçının qanunsuz “sakini” olan etirazçılardan biri bildirib. Onun sözlərinə görə,  Laçın şəhəri indi boşdur, orada ən çox 10 erməni qalıb...

P.S....

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də