Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

AMEA-nın əsas binası nazirliyə verilməyəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Elm və Təhsil Nazirliyinə verilməsi nəzərdə tutulmur.
 
Bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
 
Onun sözlərinə görə, AMEA-nın əsas binanın hansısa quruma verilməsi Prezident İlham Əliyevin fərmanında yer almayıb:
 
“Hansı institutlar əmlakı ilə birlikdə Elm və Təhsil Nazirliyinə veriləcəksə, fərmanda ayrı-ayrı qeyd olunub. Nazirliyə veriləcək struktur bölmələrindən heç biri AMEA-nın əsas binasında yerləşmir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də