Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ləyaqətli və şərəfli ömür yolu


  

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir”.
Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!! 
Heydər Əliyev 
Şəmkir peşə liseyinin müəllim Aytən xanım  dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir! 

 
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəmkir peşə liseyinin müəllimi Aytən xanımdır.

Şəmkir peşə liseyinin müəllimi Aytən xanım vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.  "Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir”. Müəllim haqqında deyilmiş bu müdrik kəlamı isə ümummilli liderimiz Heydər Əliyevə məxsusdur.
Müəllimlər haqqında həm dahilərin, həm ədəbiyyatşünasların, yazıçı-şairlərin bitib-tükənməyən, bir-birindən dəyərli fikirlərini yazmaq olar, amma heç bir fikir müəllimin yaşadığı hissləri tam ifadə edə bilməyəcək, bu ifadəni görmək üçün bəlkə də müəllimlərin üzünə, gözündəki o işığa bir dəfə diqqətlə baxmaq kifayət edər. Bir şeyi qəbul etmək lazımdır ki, həyatda heç nə ani olaraq baş vermir. Uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır. Heç vaxt unutmaq lazım deyil ki, müəllim saçlarındakı hər ağaran bir teldə yüzlərlə şagirdin xatirəsi vardır.
   
regiontv.info kollektivi olaraq "Şərəfli müəllim adını həmişə uca tutan" Aytən müəlliməyə uğurlar arzulayırıq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də