Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunub.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev mətbuata qapalı keçirilən iclasın təfərrüatları barədə danışıb.
O bildirib ki, iclasda Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və fərmandan irəli gələn vəzifələr ətraflı müzakirə olunub, bundan sonra görüləcək işlər barədə fikir mübadiləsi aparılıb:
“Ümumi əhval- ruhiyyə ondan ibarətdir ki, Prezidentin fərmanı optimal addımdır. Bu qərar tam dəstəklənir və icrası istiqamətində akademiyanın Rəyasət Heyəti bütün gücünü sərf edəcək. Fərmandan sonrakı vəziyyəti, təşkilati strukturu, qarşıda duracaq vəzifələr və ümumi statusun müəyyənləşdirilməsi, möhkəmləndirilməsi, mövcud reallıqlara uyğunlaşdırılması əsas məsələlərdəndir".
Rasim Əliquliyev qeyd edib ki, növbəti mərhələdə Elm və Təhsil Nazirliyinin üzərinə düşən vəzifələr müəyyən olunacaq. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunun, Aparatın strukturunun, Rəyasət Heyətinin tərkibinin hüquqi təşkilati məsələləri müəyyənləşdiriliəcək, Nizamnamə formasına gətiriləcək və yaxın zamanda Akademiyanın ümumi yığıncağında qəbul olunacaq. Daha sonra Nizamnəmənin tələblərinə və digər normativ tələblərdən irəli gəlməklə Akademiyanın fəaliyyəti dövrümüzün tələblərinə uyğunlaşdırılacaq.
"Yeniləşən, inkişaf edən, yüksək texnologiyalar cəmiyyyətinə çevrilən Azərbaycan elminə həm ölkə daxilində, həm xaricdə dəstək vermək lazımdır. Mövcud intellektual insan resurslarını nəzərə almaq şərtilə Azərbaycan elminin qarşısında duran vəzifələr müəyyənləşməlidir. Azərbaycan Milli Elmlər Akademiyası yenilənən, təkminləşən akademiya olaraq Elm və Təshil Nazirliyi, eləcə də müvafiq qurumlarla sıx əməkdaşlıq etməlidir", - deyə vitse-prezident sözlərinə əlavə edib.
Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb.
Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.