Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Peşəkar Futbol Liqasına yeni prezident SEÇİLDİ

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının konfransı keçirilib.
 
Konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.
 
Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə” klubunun nümayəndəsi iclasda olmayıb.
 
Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.
 
Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib.
 
Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də