
Cənubi Hindistanın Andhra-Pradeş ştatında 315 nəfər naməlum xəstəlikdən xəstəxanaya yerləşdirilib, bir nəfər isə ölüb.
Bu barədə “The Hindu” xəbər yayıb.
Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərdən 46-sı uşaq, 70-i isə qadındır. Xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur. Bir çoxunda vəziyyət stabil olaraq qalır. Xəstələrdə koronavirus aşkarlanmayıb.
“Xəstəliyin törədicisi müəyyən edilməyib”, - deyə yerli səhiyyə orqanlarının nümayəndələri bildiriblər.
Ehtimal edilir ki, havanın çirklənməsi və ya keyfiyyətsiz məhsulların istifadəsi nəticəsində kütləvi yoluxma baş verib.(oxu.az)
