Hindistanın şimalındakı Uttar Pradeş əyalətində bu həftə 49 nəfər ildırım vurması nəticəsində ölüb.
Kauşambi şəhərinin kəndlərindən birində fermerlərdən ibarət 7 nəfəri ildırım vurub.
Əksəriyyəti fermerlər olan qurbanların musson yağışlarından qorunmaq üçün ağacların altına sığındıqları və ildırım vurması nəticəsində öldükləri bildirilir. Ölüm hallarının artması ilə əlaqədar əyalət hökuməti ildırımdan qorunmaq üçün işlərə başlayıb.
Qeyd edək ki, ölkə üzrə aprel ayından indiyədək 750 nəfər ildırım vurmasından həyatını itirib.