ABŞ-ın 46-cı prezidenti Donald Tramp Prezident seçkisinin qalibi olmuş Co Baydenin andiçmə mərasimində iştirak etməyəcək.
APA-nın TASS-a istinadən məlumatına görə, həmin gün o, Floridaya getməyi planlaşdırır. D. Tramp Floridada təşkil olunacaq böyük mitinqdə tərəfdarları qarşısında 2024-cü ildə keçiriləcək Prezident seçkisində namizəd olacağını elan edəcək.
Bununla da o, C. Baydenin vəzifəsinin icrasına başlaması ilə bağlı keçiriləcək rəsmi tədbirlərin heç birində iştirak etməyəcək.
Ağ evdən bu məlumatı hələlik şərh etməyiblər.
Qeyd edək ki, demokratların namizədi Co Bayden yanvarın 20-də rəsmən vəzifəsinin icrasına başlayacaq.