Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Klublarımız Konfrans Liqasında cavab oyununa çıxır

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
 
Azərbaycan klubları - "Neftçi", "Qəbələ" və "Zirə" cavab oyunları keçirəcək.
 
Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan "Fehervar"ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. "Qırmızı-qaralar" ilk görüşdə 1:4 hesabı ilə uduzub.
 
"Neftçi" klubu "Bakcell Arena"da Kipr "Aris"ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. "Ağ-qaralar" Larnakadakı ilk matçda məğlub olub - 0:2.
 
"Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) komandasının qonağı olacaq. "Blumfild" stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. "Qartallar" Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.
 
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
 
20:00. "Qəbələ" (Azərbaycan) - "Fehervar" (Macarıstan)
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya)
Qəbələ şəhər stadionu
İlk oyun - 1:4
 
21:00. "Neftçi" (Azərbaycan) - "Aris" (Kipr)
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya)
Bakı, "Bakcell Arena"
İlk oyun - 0:2
 
21:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zirə" (Azərbaycan)
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya)
Təl-Əviv, "Blumfild" stadionu
İlk oyun - 3:0
 
Qeyd edək ki, "Qəbələ" - "Fehervar" cütünün qalibi III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) oyununun güclüsü, "Neftçi" - "Aris" cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, "Makkabi" - "Zirə" cütünün qalibi isə Yunanıstanın "Aris" (Saloniki) klubu ilə qarşılaşacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də