Qara dənizin 3 limanı - Yujnı, Çernomorsk və Odessa işini bərpa edib.
Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukrayna ərzaq müqaviləsi fonunda kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin qəbul edilib-göndərilməsinə hazırlaşır.
“Ukrayna limanlarının taxıl ixracı üçün blokdan çıxarılmasına dair sazişin imzalanması ilə əlaqədar Odessa, Çernomorsk və Yujnı limanlarında işlər bərpa edilib”, - açıqlamada deyilir.
Qeyd edilib ki, gəmilərin dəniz limanlarına giriş-çıxışı aparıcı gəmini müşayiət edən karvanın formalaşdırılması ilə həyata keçiriləcək.