Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid ailələri və qazilər üçün hüquqi dinləmə keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə hüqquqi maarifləndirmə görüşü keçirilib. Şəhid ailələri və Vətən müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək məqsədilə keçirilən görüşdə adları çəkilən təşkilatların rəhbərliyilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri, eləcə də Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər.

Hüquqi dinləməyə qatılan Şəhid ailələrinin üzvləri və qazilər bir sıra məsələlərə dair çıxış ediblər.

Müvafiq qurumların rəsmiləri isə dövlətin Şəhid ailələri və qazilərə göstərdiyi qayğıdan söz açılbar.

Təəssüf hissi ilə bildirilib ki, son dövrlər Şəhid ailələri və qazi adından sui-istifadə hallarına da rast gəlinir. O da qeyd olunub ki, bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və qazilərin müraciətlərinə laqeydliklə yanaşdığı müşahidə edilməkdədir. Bu kimi hallar isə belə həssas kateqoriyadan olan şəxslərin özlərinə qəsd etməsinə gətirib çıxarır.

Çıxış edənlər xüsusi olaraq vurğulayıblar ki, xoşagəlməz hadisələrin baş verməməsi, narazılıqların qarşısını vaxtında almaq üçün vətəndaş cəmiyyətinin dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədəuyğundur.

Hərbi yönümlü QHT-lərin rəhbərləri bəyan ediblər ki, bu cür dinləmələrin keçirilməsində məqsəd Prezident, Ali Baş Komandan İlham Əliyevin Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhfə verməkdir.

 Gələcəkdə də bu cür hüquqi maarifləndirmə tədbirləri davam etdirilməsi qərara alınıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də