İyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elton Layicov şübhəli şəxs qismində tutulub.