Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Moskva Arayikə ümid verir - Terrorçuları məhv etməyin vaxtı çatıb

“Azərbaycan ərazisində Ermənistana məxsus separatçı, işğalçı, terrorçu silahlı birləşmələr qaldıqca, sərhəddə təxribatlar şiddətlənəcək, daha böyük təhlükələrə səbəb olacaq”.
 
Bu sözləri  erməni silahlı birləşmələri tərəfindən törədilən təxribatlar haqqında danışan Xocalıdan olan deputat Elman Məmmədov deyib.
 
Parlament üzvü qeyd edib ki, təxribat törədənlər ərazilərimizdə hələ də qanunsuz şəkildə mövcudluğunu saxlayan qondarma rejimin tör-töküntüləridir:
 
“Baxmayaraq ki, qələbə ilə başa vurduğumuz Vətən müharibəsindən artıq 2 il keçir, işğalçıya məxsus qanunsuz birləşmələr gündən-günə daha çox silahlanır. Ermənilər sentyabrın 2-də cinayətkar-separatçı qurumun 31 illiyini qeyd etməyə hazırlaşırlar. Qondarma qurum mövcud olduqca, dünyanın bir sıra ölkələri, həmçinin bizimlə əməkdaşlıq şəraitində olan, vasitəçilik missiyasını üzərinə götürən Rusiya dövləti belə rəhbərlərini qəbul edir, Arayiklər vaxtaşırı Moskvaya səfər edib, görüşlər keçirirlər. Bütün bunlar ermənilər üçün ümidverici hal hesab edilir. Düşünürlər ki, başqa ölkələr tərəfindən qəbul olunublar. Bunların ümidlərini birdəfəlik kəsmək lazımdır”.
 

 
Deputat vurğulayıb ki, Azərbaycanın tarixi torpaqlarında qalan erməni terrorçularının hamısı məhv edilməlidir:
 
“Azərbaycan torpaqları işğalçılardan, separatistlərdən, terrorçulardan tamamilə təmizlənməlidir. Dinc, sıravi vətəndaşlarla heç kimin işi yoxdur. Azərbaycan qanunlarına tabe olsunlar, vətəndaşlığı qəbul edib, torpaqlarımızda yaşasınlar”.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, iyulun 25-26-da bir sutka ərzində erməni silahlı birləşmələri ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
 
Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
 
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də