Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qazilərə çağırış: Aqressiv xəbərləri oxumasınlar!

“Qazilərin intihar səbəbləri onların psixoloji travmaları ilə bağlıdır. Onlar hesab edir ki, psixoloq müharibədə baş verənləri mənə necə unutduracaqlar?! Düşünürlər ki, dərman onların yaddaşındakılarını siləcək”.
 
Bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti Aydan Cabbarova deyib.
 
Psixiatr qeyd edib ki, şəxs müayinə zamanı ətrafına və özünə təhlükəli şərait yaradırsa, müvəqqi olaraq işləməməlidir:
 
"Lakin kiməsə qadağa qoya bilmərik. İntihar fikri olan insanların aktiv müalicəyə ehtiyacı var. Bu müalicə stasionar yox, ambulator şəraitdə aparılsa belə həmin şəxsin işləməyinə icazə verilmir. Çalışırıq ki, həmin şəxsləri tez bir zamanda bu vəziyyətdən çıxaraq. Qazilərə sosial şəbəkədə və mətbuatda aqressiv xəbərləri oxumamağı tövsiyə edirik. Eyni zamanda bəzi saytlardan özlərini təcrid etməlidirlər. Çünki bu kimi hallar müalicənin effektliyini ləngidir.
      
İki ilə yaxındır ki, Vətən müharibəsi bitib və bu günə kimi çox sayda qazilərimizi qəbul edirik. Onların reabilitasiya üçün bundan sonra da əlimizdən gələni edirik. Anonimlik şəklində müalicə üçün bizə çəkinmədən müraciət edə bilərlər. Nə kömək lazımdırsa əlimizdən gələni edəcəyik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də