Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi xidmət göstərəcək - VİDEO

Sabahdan Zəngilanda Ailə Sağlamlıq Mərkəzi xidmət göstərəcək. Qarabağın ilk sakinləri burada ümumi müayinə, yoxlanış və laborator, eləcə də digər müayinələrdən keçə biləcəklər.
 
Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov bildirib.
 
“Ailə Sağlamlıq Mərkəzi ilkin səhiyyə xidməti təqdim edən müəssisəmizdir. Burada ixtisaslaşmış ilkin cərrahi yardımlar yalnız ilk səviyyədə həyata keçiriləcək. Həmin tibb məntəqəsinin nəzdində 24 saat xidmət göstərəcək Təcili Tibbi Yardım, ambulans avtomobili və həkim briqadaları var” - V.Qurbanov deyib.
 
Hazırda sakinlərə Təxirəsalınmaz və Təcili Tibbi Yardım briqası xidmət göstərir.
 
Qeyd edək ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də