Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tanınmış aparıcı illər sonra efirə qayıtdı

Tanınmış teleaparıcı Nigar Mahmudova uzun illərdən sonra yenidən efirə qayıdıb.
 
Bu barədə Xəzər TV-nin rəhbəri Murad Dadaşov sosial şəbəkə hesabında yazıb.
 
Onun sözlərinə görə, N.Mahmudova “Xəzər Xəbər”də aparıcılıq edəcək: 
 
“Artıq bir müddətdir bizimlə birgə olan Nigar Mahmudova, bu gündən xəbər spikeri kimi efirimizdə olacaq. İnkişaf xəttini özü üçün prioritet seçən "Xəzər Media Mərkəzi" qarşınıza daima yeniliklərlə gələcək. Nigar Mahmudovanı aramızda görməkdən çox məmnunuq və bərabər çıxdığımız yolda Azərbaycan adına daima uğurlu işlərə imza atacağımıza inanırıq!”. 
 
Qeyd edək ki, Nigar Mahmudova vaxtilə ANS TV-də çalışıb. O, daha sonra Türkiyədə yaşayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də