İyulun 7-də istefa vermək niyyətində olduğunu bildirən Böyük Britaniyanın baş naziri vəzifəsini icra edən Boris Conson gələcəkdə bu vəzifəyə qayıtmağı planlaşdırır.
Bu barədə “The Sunday Times" nəşri baş nazirin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələri qeyd edir ki, Conson işi yarımçıq qalmış adam kimi baş nazir postunu tərk edir.
Məlumata görə, Mühafizəkarlar Partiyasının 7600-dən çox üzvü Consonun keçmiş maliyyə naziri Rişi Sunak və keçmiş xarici işlər naziri Liz Truss ilə birlikdə səsvermədə iştirak etmək üçün onun adının namizədlər siyahısına daxil edilməsini tələb edən petisiya imzalayıb.