Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Conson yenə Kiyevə getmək İSTƏYİR

Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Boris Conson Kiyevə səfər etmək niyyətindədir.
 
Bu barədə “The Telegraph" nəşri baş nazirin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
 
Nəşrin məlumatına görə, Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə yenidən görüşməyi planlaşdırır.
 
İyulun 22-də Conson Zelenski ilə telefon danışığı aparıb. Bu zamanı o, Böyük Britaniyanın Ukraynanı dəstəkləməkdə “sonsuz qətiyyətini” ifadə edib. Conson Zelenskini əmin edib ki, Böyük Britaniyanın növbəti lideri kimin olmasından asılı olmayaraq, Britaniyanın dəstəyi “tərəddüd etməyəcək”.
 
Qeyd edək ki, Conson aprelin 9-da və iyunun 17-də Kiyevə səfər edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də