Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur aktyor qəzaya düşdü

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz “Erşan Kuneri” filminin çəkilişləri bitdikdən sonra Bodrumda tətilinə davam edib.
 
O ötən gecə yol qəzası keçirib.
 
Yılmazın idarə etdiyi “Mercedes” markalı avtomobili taksi ilə toqquşub. Qəza nəticəsində nəqliyyat vasitəsi zədələnsə də, gülüş ustası xəsarət almayıb.
 
Yılmazın yayın sonuna qədər Bodrumda qalacağı bildirilir. İllərdir tətilini məhz buradakı bağ evində keçirən aktyorun yeni serial üzərində çalışmağa başladığı iddia edilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də