Xaçmazda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub. Həmin şəxsin əməlləri küçədəki təhlükəsizlik kameralarına da düşüb. Lənkəranda isə qohumunun evini qarət edən şəxs tutulub.
Redaktor.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları daxil olan şikayətlər əsasında əməliyyat-axtarış tədbirlərinə başlayıb. Oğurluqda şübhəli bilinən rayon sakini Namiq Əliyevi saxlayıb.
Dindirmə zaman həmin şəxs evlərə və oyun zalına qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qeyd edək ki, onun bu əməlləri təhlükəsizlik kameralarına da düşüb.
Həmin görüntüləri təqdim edirik: