Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden yaxşılaşır

Koronavirusa yoluxan ABŞ prezidenti Co Baydenin vəziyyəti yaxşılaşıb.
 
Bunu ABŞ liderinin həkimi Kevin O'Konnor deyib.

Onun sözlərinə görə, C.Bayden "Paxlovid" dərmanı qəbul etməyə başlayıb:
 
"Onun simptomları vəziyyətinin yaxşılaşdığını göstərir".

Həkim qeyd edib ki, dördüncü gün axşam saatlarında Ağ Ev rəhbərinin temperaturu təxminən 37,4 dərəcə olub. Dərman qəbul etdikdən sonra "temperatur normal olaraq qaldı. Nəbzi, təzyiqi, tənəffüs ritmi və saturasiyası normaldır".

Xatırladaq ki, Co Bayden iyulun 21-i koronavirusa yoluxub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də