Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ÜST-dən koronavirusa qarşı yeni peyvənd ÇAĞIRIŞI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı yeni peyvəndlərin yaradılmasını təklifilə çıxış edib.

Bu barədə ÜST-dən verilən açıqlamada bildirilib.
 
Qeyd olunub ki, bu “Omicronun” yeni variantlarının yayılması fonunda peyvəndlə bağlı yeni strategiyadan irəli gəlir.

Bildirilib ki, vaksinlərin faydalarına baxmayaraq, COVID-19-un yayılması əhəmiyyətli dərəcədə azaltmayıb.
Bu baxımdan, infeksiyanın ötürülməsini azaltmaq və daha uzunmüddətli qorunma təmin etmək üçün yeni inkişafa ehtiyac var.

Təşkilat ölkələri vaksinlərin effektiv, lakin istifadəsini asanlaşdırmaq üçün inkişafına sərmayə qoymağa davam etməyə çağırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də