Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayır.
Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşür və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatır. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və //avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.