Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qəbələ" səfərdə məğlub oldu

İyulun 21-də “Qəbələ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın "Fehervar" komandasının qonağı olub.
 
Macarıstan təmsilçisinin ilk 11-liyində Daniel Kovaç, Adrian Rus, Attila Fiola, İvan Petriak, Loik Neqo, Artyom Şabanov, Kenan Kodro, Ruben Pintu, Pal Darda, Nikola Serafimov və Marsel Heyster yer alıblar.
 
"Qəbələ"nin start heyətində meydana Səlahət Ağayev, İlkin Qırtımov, Ruan Renato, İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Asif Məmmədov, Rafael Utziq, Məqsəd İsayev, Murad Musayev və Felipe Santos çıxıblar.
 
Macarıstandakı “Mol Arena”da keçirilən oyunda “Fehervar” 4:1 hesablı qələbə qazanıb.
 
İsveçli baş hakim Kaspar Syöberqin idarə etdiyi oyunda “Qəbələ”nin heyətində Rafael Utziq fərqlənib. Rəqib komandanın heyətində Kenan Kodro dubl edib. Digər qolları isə Adrian Rus və Budu Zivzivadze vurublar.
 
Matçın 86-cı dəqiqəsindən “Qəbələ” azlıqda qalıb. Belə ki, müdafiəçi Murad Musayev kobud oyundan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.
 
Komandalar arasında cavab oyunu 1 həftə sonra Qəbələdə təşkil olunacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də