Tehranda keçirilən üçtərəfli Astana sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Ərdoğan Astana platformasından gözləntilərini açıqlayıb.
O qeyd edib ki, Suriya məsələsindən irəli gələn problemlər danışıqları zəruri edir.
"Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, PKK, PYD, YPG terroru hamının ortaq problemidir:
“Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Fərat çayının şərqində terror aktları davam edir. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Xüsusilə ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək", - deyə o vurğulayıb.
Ərdoğan xüsusilə qeyd edib ki, Türkiyə ölkənin milli təhlükəsizliyini hədəfləyən şər mərkəzlərini Suriyadan təmizləməkdə qərarlıdır: "Aydın şəkildə anlaşılmalıdır ki, bölgəmizin gələcəyində separatçı terrorizmə və onun uzantılarına yer yoxdur”.
İran Prezidenti İbrahim Rəisi bildirib ki, Suriyada yeganə həll yolu diplomatiyadır. Hərbi müdaxilə problemi artırır.
Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində qeyd edib ki, Suriya xarici müdaxilə olmadan öz müqəddəratlarını həll etməlidirlər.