Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səfərdə daha yaxşı çıxış etməyə çalışmalıyıq - Qurban Qurbanov

"Hər bir halda futbolçularıma təşəkkür edirəm. Meydanda çox əziyyət çəkdilər. Dinamik bir komandaya qarşı oynayırdıq. Səfərdəki oyunda daha yaxşı çıxış etməyə çalışmalıyıq”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”ə 3:2 hesabı ilə qalib gəldikləri ilk oyununu dəyərləndirərkən deyib.
 
 
50 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdən sonra "CBC Sport"a açıqlamasında İsveçrəyə də qalib gəlmək üçün gedəcəklərini bildirib: “Qarşıda bir neçə günümüz olacaq. Səfərdə oynayacağımıza baxmayaraq, bundan da yaxşı oyun sərgiləməyə çalışacağıq. Rəqibin böyük təcrübəsi var. İlk hissədə də gördük ki, sürətli komandadır. Buna baxmayaraq, oyunu ələ aldıq. Bir qolu standart vəziyyətdən buraxdıq, digərini də özümüz etdik. Futbol səhvlər üzərində qurulub. Yenə də dediyim kimi, səfərə qalib gəlmək üçün gedəcəyik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də