Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göygöldə süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkar edilib


Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, Göygöl rayonunun Qızılqaya qəsəbəsində fiziki şəxs Quliyev Kazım Camal oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə və müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə riayət olunmadığı, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, işçi heyətin xüsusi geyimlə (bone, xalat, önlük, əlcək) təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktlarla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də