Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ceyhun Bayramov Borrellə Tbilisi görüşündən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.
 
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
 
Mətbuat konfrasında bildirilib ki, tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə baş tutan görüşünü müzakirə ediblər.
 
Borrel deyib ki, Aİ regionda normallaşmanı və sülh istiqamətində səyləri dəstəkləməyə hazırdır.
 
"Ötən həftə Tbilisidə Azərbaycan və Ermənistan XİN başçıları arasında baş tutan görüşü təqdir edirəm. Cənab Ceyhun Bayramova bu görüşlə bağlı məni məlumatlandırdığı üçün təşəkkür edirəm", - o qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də