Azərbaycanda işgüzar səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Nazirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan və Avropa Parlamenti arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması sahəsində fikir mübadiləsi aparılıb, Avropa İttifaqının müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.