Rusiyada Prezident Vladimir Putinin sağ əli kimi tanınan Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevə sui-qəsd olunduğu iddiası gündəmə gəlib.
Bu barədə Britaniya "Daily Mail" qəzeti məlumat yayıb.
Bildirilib ki, FSB məxfi xidmətinin keçmiş rəhbəri və Kreml Təhlükəsizlik Şurasının katibi 71 yaşlı Nikolay Patruşev son günlər pisləşərək xəstəxanaya yerləşdirilib və onun zəhərləndiyi iddia olunur.
Keçmiş Kreml rəsmisinin istifadə etdiyi iddia edilən “General SVR” teleqram kanalı Patruşevin "sintetik zəhər"dən təsirləndiyini və hazırda müalicə aldığını paylaşıb.
Ötən aylarda Patruşevin adı “Putinin kreslosunu etibar edəcəyi adam” kimi gündəmə gəlib.
Məlumata görə, Putinin sağ əli olan Patruşev sui-qəsddən sağ-salamat xilas olub.
Keçmiş FSB rəisi Ukraynaya işğal əməliyyatının əsas fiqurlarındandır.
Digər tərəfdən, eyni “Telegram” kanalında Rusiya lideri Putinlə bağlı diqqətçəkən iddia yer alıb.
Kanal Putinin keçmiş olimpiya gimnastı Alina Kabayevadan qız övladı gözlədiyini, yenidən ata olmağa hazırlaşdığını iddia edib.
Xəbəri paylaş