
Baş leytenant Kazımov Kamran Qurbanəli oğlu Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdandır.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, K. Kazımov 1990-cı ilin dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətində doğulub.
Oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olub. Evli idi, 2 övladı var.
