Bel ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Rusiyada Omskda 42 yaşlı qadın böyrəklərində problem olduğu üçün xəstəxanaya yerləşdirilib və uşaq dünyaya gətirib.
bu barədə NGS55.RU portalı məlumat yayıb.
Rusiyalı qadın bel və qarın nahiyəsində ağrı şikayətləri ilə 1 saylı təcili xəstəxananın təcili yardım şöbəsinin həkimlərinə müraciət edib. Həkimlər ona ilkin böyrək kolikası diaqnozu qoyublar.
Qəfildən xəstəxananın təcili yardım şöbəsində 42 yaşlı Omsk sakininin sancıları başlayıb. Uroloq İlya Aristarxov qeyd edib ki, xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib.
"O, artıq doğurdu, ona görə də doğum evinə aparmaqdan söhbət gedə bilməzdi. Növbətçi qrup klinikamızda doğuşu qəbul edib".