Avropada isti dalğasının qurbanlarının sayı mini ötdü
Alimlər son bir neçə gündə qeydə alınan yüzlərlə ölümün səbəbinin iqlim dəyişikliyi üzündu temperaturun artması ilə bağlı olduğunu düşünürlər.
Bu barədə "Dailymail" saytına istinadən xəbər verir.
Rəsmi mənbələrə görə, indiyədək Portuqaliya və İspaniyada istilər nəticəsində ən azı 1000 nəfər ölüb. Təkcə cümə axşamı günü havanın temperaturu bir neçə bölgədə 40 dərəcə, mərkəzi Vizu rayonundakı meteoroloji stansiyada isə 47 dərəcə istilərdə təxminən 400 ölüm qeydə alınıb.
Karlos III Sağlamlıq İnstitutunun məlumatına görə, şənbə gününə qədər İspaniyada istidən 360 ölüm hadisəsi baş verib.
Yeni isti dalğası səbəbindən Portuqaliya, İspaniya, Fransa, Yunanıstan, Türkiyə və Xorvatiyada yanğınlar qeydə alınıb, Böyük Britaniyanın bəzi yerlərində isə lokal yanğınlar baş verib.
Fransa və İspaniya yanğınsöndürənləri bütün Avropada tüğyan edən meşə yanğınları ilə mübarizə aparırlar.