Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

London Kremli özünə təhlükə hesab edir - Admiral

"Böyük Britaniya hərbi komandanlığı hesab edir ki, Rusiya onilliklər boyu ölkə üçün təhlükə olaraq qalacaq”.
 
Bunu “BBC”yə müsahibəsində Böyük Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargahının rəhbəri, admiral Toni Radakin bildirib.
 
“Rusiyanın qarşıya qoyduğu çağırış 2022, 2023 və ya 2024-cü ildən daha uzun müddət davam edəcək. Potensial olaraq, söhbət Rusiyanın təhlükə olaraq qalacağı onilliklərdən gedir. Bu, keçən il təqdim etdiyimiz geniş icmalda açıq şəkildə vurğulanıb. Mən hesab edirəm ki, indi Ukraynanın işğalı səbəbindən təhlükə artıb”, – deyə o, əlavə edib.
 
Radakin həmçinin vurğulayıb ki, hazırda London Kremli öz təhlükəsizliyinə ən ciddi təhdid kimi baxır, baxmayaraq ki, Çinin siyasəti Britaniya hərbçiləri arasında da narahatlıq yaradır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də