İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetin bataqlıqa çevirib - SENSASİON məktub üzə çıxdı
Azərbaycan Dövlət Aqrar Universitetində baş verən özbaşınalıq, korrupsiya faktları ilə bağlı universitetin bir qrup əməkdaşı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVƏ, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, İNAM KƏRİMOVA, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı NİYAZİ BAYRAMOVA müraciət ünvanlanıb.
Şkayət məktubunu təqdim edirik:
“Cənab Prezident! Sizin və I Vitse Prezidentimiz Mehriban xanım Əliyevanın Gəncəyə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edərək professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilmişdir.
Odur ki, son dövrdə Azərbaycan Dövlət Aqrar Universitetində gedən islahatları nəzərə alaraq yüksək maddi-texiki bazaya malik, dünya standartlarıına cavab verən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş elmi-tədqiqat laboratoriyalarında kadr hazırlığında təhsilin səviyyəsini yüksəltmək, yeni nailiyyətlər və uğurlar qazanmaq üçün bizə etimad göstərib dövlət əsaslı vəsait qoyuluşu- investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün Sizə kollektivimiz adından təşəkkürlərimizi bildirir, hörmət və ehtiramımızı çatdırırıq.
Bütün bunlar həm daxildə, həm də beynəlxalq əmək bazarında yüksək rəqabətli peşəkar mütəxəssis hazırlığına nail omaq üçündür. Bunun üçün çevik islahatlar aparmağı bacaran, sivil rəhbər və universitetdə beynəlxalq səviyyədə tanınan, normal təcrübəyə malik elmli və tədrisi bilən savadlı professor-müəllim kollektivi lazımdır. Lakin bu gün universitetdə buna nail olmaq üçün nə islahat aparmağı bacaran sivil rəhbər, nə şəffaf tədris vardır.
Son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq, özbaşınlaıqlar və anarxiya baş alıb gedir. Çünki, burada elmli, təcrübəli, professorlar və dosentlər sıradan çıxarılır. Onların yerinə müəyyən gənclər 8-10 min manat müqabilində işə götürülür. Dekan və kafedra müdiri vəzifələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na uyğun yox, rektor İbrahim Cəfərovun şəxsi qaydalarına uyğun aparılır. O, bu sahədə yüksək peşəkarlıq nümayiş etdirməklə öz kafedrası üzrə professoru qoyub ayrı kafedradan elementar savadı olmayan, Ali təhsil müəssisəsində çalışması təhqir olan dosenti yerləşdirə bilir.
Əvvəlcə dekan və kafedra müdiri vəzifələri üçün elan verilir və sonra auksion “Şou” yaradan rektor özünün qaydalarına müvafiq şəkildə seçkilər aparır. Amalı pul olan İbrahim Cəfərov elə düşünür ki, yaratdığı seçki oyunlarından heç kimin xəbəri yoxdur. Hamı hər şeyi bilir və görür. Sadəcə abır-həya edir. Lakin rektor İbrahim Cəfərov bunları ustalıqla və həyasızcasına etməyi bacarır. Hətta bir məsələ də maraqlıdır ki, əvvəllər rüşvət və korrupsiya ilə çıxarılan insanları oyuna çəkərək onlardan kifayət qədər rüşvət almaqla onları yenidən vəzifəyə təyin edir.
Sual olunur, bu insanlar 3-5 il bundan öncə vəzifədən çıxarılıbsa necə olur ki, yenidən onlar başqa bir vəzifəyə təyinat alır? Aydındır, hamı bilir ki, həmin adamdan kifayət qədər məbləğdə rüşvət ala bilib.
Hazırda auksionda olan kafedra müdiri vəzifələrinə seçkinin keçirilməsi “Texniki mexanika və qrafika" kafedrasında və “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasında olacaqdır.
Namizədlərə diqqət yetirin - Camaləddin Məmmədov, Şahlar Babayev və Sədi İsmayılov “Texniki mexanika və qrafika" kafedrasında; Mirzəliyev Vaqif, Saləddin Hüseynov və Ayaz Həsənov “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasında olan namizədlərdir. Əgər auksiona qoyulmasa idi, rektor bunlara konkret tapşırıq verərdi ki, bir nəfər qalsın, digəriləri işini geri götürsün. (Hansı ki, bir müddət əvvəl Maşın mühəndisliyi və standartlaşdırma kafedrasında professor Abbasov Ziyada təkid edərək işini geri götürtdü, çünki, orada tək Nazim İsmayılovdan pul ala bilmişdir).
Alternativ namizələr çoxaldıqca auksiondakı qiymətlər də bir qədər yüksək olur (bir qədər öncə professorun əvəzinə davranışı ilə Universitetə yad olan Aydın İsayevdən 20 min manat rüşvət almışdır) Bu namizədlər içərisində deyilənə görə hazırda professor Camaləddin Məmmədovdan 5 min manat, dosent Ayaz Həsənovdan isə 15 min manat alınmışdır. Ona görə də, bunlar bir çox yerdə özlərini indidən kafedra müdiri kimi aparırlar. Camaləddin Məmmədov uzun müddət dekan müavini və dekan vəzifəsində işləmişdir, rüşvət almaqda təcrübəsi böyükdür. Dekanlıqdan çıxandan sonra kafedra əməkdaşlarını elmli, aqrar sahədə patentləri ilə tanınan, ömrünü elmə həsr edən texnika elmləri doktoru Şahlar Babayevə qarşı qaldıraraq kafedrada sağlam əhval ruhiyyəni poza bilmişdir. Sədi İsmayılov isə səmimi, vicdanlı, təmiz və kasıb müəllimlərdən biridir.
Burada rektor İbrahim Cəfərova ancaq kim pul verir, o maraqlı olur. “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasında isə Ayaz Həsənov bir qrup müəllimləri arxayın salaraq deyir ki, mən artıq rektorla işimi həll etmişəm. Mən kafedra nüdiri olacağam. Hansı ki, bu Ayaz Həsənov 5 il öncə saxta kurs işlərini tələbələrə satdığına və kafedrada dərsləri rüşvətlə böldüyünə görə vəzifədən qovulmuşdur. İndi də mən pulumu vermişəm deyib yenidən kafedra müdiri olmaq istəyir.
Cənab Prezident! Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti demək olar ki, idarə edilmir. Universitetdə hər bir vəzifə satılır. Rektor öz bildiyini edir, yəni istədiyini təhqir edir, istədiyini aşağılayır və istədiyini satır. Artıq buna dur deməyin vaxtıdır. Demək olar ki, tədris deyilən struktur işləmir. Bəs harda qaldı Təhsil haqqında qanun, harda qaldı ədalət? Bu özbaşınalıqların başında duran və bunlara rəvac verən Universitetin rəhbərliyi bunlardan nə zaman nəticə çıxaracaq, nə zaman professor-müəllim kollektivinin canı qurtaracaq. Hansı valideyin istəyər ki, övladı burada gəlib mütəxəssis yox, şikəst olsun. Bu savadsız, təcrübəsiz və kobud xarakterə malik rəhbərliklə hansı tələbəni bu Universitetə cəlb etmək olar.
Cənab Prezident! Xahiş edirik kollektivin xahişini nəzərə alaraq təcili tədbir görəsiniz. Sizə inanırıq və böyük ümidlə nəticə gözləyirik.
Azərbaycan Dövlət Aqrar Universitetin bir qrup əməkdaşları adından Ramil Yəhyayev"
AZƏRBAYCANREALLIĞI.COM