Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yoluxanlar artır - COVID STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
 
 
Azərbaycanda indiyədək ümumilikdə 794 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 867 nəfərdir.
 
Ölkədə son sutka ərzində 2 893, hazırkı dövrədək isə 7 002 575 test aparılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də