Böyük Britaniyada temperaturun 40 dərəcəyə yüksəlməsi ehtimalına görə ilk dəfə həyəcan siqnalı verilib və fövqəladə vəziyyət elan edilib.
Britaniyanın meteorologiya agentliyi bununla əlaqədar əhaliyə ciddi xəbərdarlıq ünvanlayıb. Həyəcan siqnalı bazar ertəsi və çərşənbə axşamı günləri olmaqla London, Mançester və York şəhərləri daxil olmaqla bir çox ərazini əhatə edir.
Hidrometeoloqlar Kembricdə 2019-cu ildə 38,7 dərəcə olan rekord temperaturun çərşənbə axşamı yenilənəcəyini proqnozlaşdırırlar. Buna görə milyonlarla insan evdən işləməyə təşviq edilib.