Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bizi ABŞ xilas etdi - Saakaşvili

Gürcüstanın sabiq prezideni, Mixail Saakaşvili 2008-ci ilin avqust müharibəsindən söz açaraq, Amerika Birləşmiş Ştatlarının roluna toxunub.
 
Sabiq prezident müharibənin məhz ABŞ tərəfindən dayandırıldığını bildirib.
 
"Amerika barəsində danışarkən unutmamalıyıq ki, 2008-ci il müharibəsini məhz ABŞ dayandırdı və Gürcüstan dövlətini xilas etdi. Altıncı donanma olmasaydı və humanitar hərbi əməliyyat baş tutmasaydı, bu gün Gürcüstan mövcud olmazdı. Bundan əlavə, həmin dövrdə Co Baydenin təşəbbüsü ilə 1 milyard dollar ayrıldı ki, bu da Gürcüstan iqtisadiyyatını xilas etdi," - deyə Saakaşvili sosial media hesabında yazıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də