Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Asiyanın ən böyük aeroportu fəaliyyətə başladı

Çinin Hubey vilayətinin Ecou şəhərində Asiyanın ən iri yük aeroportu fəaliyyətə başlayıb.
 
Çinin kuryer nəhənglərindən olan “SF Express” şirkətinin sifarişi ilə inşa edilən “Huahu” aeroportunda ilk uçuş iyulun 17-də yerinə yetirilib.
 
Dünyada bu kateqoriyadan 4-cü olan “Huahu” hava limanı Yantszı çayı və Mirvari çayı deltaları da daxil olmaqla, ölkə səviyyəsində 5 şəhər klasterinə 1,5 saat uçuş məsafəsində yerləşir.
 
Hava limanı gündüz Pekin, Şanxay, Şencen, Siamen və Kunmin şəhərlərinə sərnişin, gecə isə yük daşınması üçün istifadə olunacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də