Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əsgərin siqaretinə göz dikmək ləyaqətsizlikdir!

Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
Məsum Rəsulov  Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçulara paylanılması üçün nəzərdə tutulan müxtəlif adda siqaret məhsullarını satıb.
 
Yüksək ranqlı məmur müharibə vaxtı sadə vətəndaşların özünün yeməyə qıymayıb əsgərə göndərdiyi yeməyə, cibinin son pulunu verib aldığı siqaretə göz dikirmiş!
 
Məsələ ilə bağlı Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov  danışıb. 
 
Deputat deyib ki, həmin rəisin həbs olunmasına dair cinayət tərkibli ciddi əsaslar var:
 

 
"Hərbçilərə qarşı atmış olduğu addımdan əlavə də cinayət əməllərinin olduğu məlumdur. Vətənin keşiyində duranlar üçün o cür addım heç yaxşı qiymətləndirilmir. Əsgərin siqaretinə göz dikmək ləyaqətsizlikdir. Bütün strukturlarda korrupsiyaya qarşı, cinayətkarlığa qarşı mübarizə davamlı olmalıdır. Bu cür həbsləri görənlər ibrət götürməlidir, nəticə çıxarmalıdır. Prezident dəfələrlə deyir ki, vəzifəyə tamah məqsədilə gedənlər özünü bədbəxt edəcək.
İcra başçılarının, qurum rəsmilərinin həbsində şahid oluruq ki, tamahın nəticəsi nə olur.  Göründüyü kimi, ölkədə korrupsiyaya qarşı mübarizə aparılır".
 
Parlamentari hesab edir ki, bu mübarizə zaman keçdikə biraz da şiddətlənəcək:
 
"Çünki Azərbaycan korrupsiya deyilən bu bəladan xilas olmalıdır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də