Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gimnastlarımız ABŞ-dan bürünc medalla qayıtdılar

ABŞ-da Alabama ştatının Birmingem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında işirak etmiş aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri vətənə qayıdıb.
 
Ayxan Əhmədli, Rauf Hacıyev, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva, Mədinə Mustafayeva, Sənan Mahmudlu, Xədicə Quliyeva və Vladimir Dolmatovdan ibarət komanda aerodans proqramında bürünc medal qazanıb.
 
Heydər Əliyev Beynəlxalq Hava limanında idmançıları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları, eləcə yaxın və doğmaları qarşılayıb.
 
Aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariyan Kolev yarışlarla bağlı təəssüratlarını bölüşüb.
 
"Komandamızı dəstəkləyən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Yarışlar bir qədər çətin başladı, amma bizim üçün yaxşı nəticə ilə bitdi, bürünc medal qazandıq. Komandamızla qürur duyuram, idmançılar ciddi məşq ediblər və Ümumdünya Oyunlarında göstərdilər ki, vacib yarışlarda necə çıxış etmək lazımdır. Azərbaycan Gimnastika Federasiyasına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə yarışlarda iştirak etmək imkanına görə təşəkkür edirik", - deyə o bildirib.
 
Komandanın üzvü, gimnast Mədinə Mustafayeva qeyd edib ki, yarışlar çox maraqlı keçib və komandanı dəstəkləyənlərə təşəkkürünü bildirib.
 
"Bu, vacib yarışlar idi və mən şadam ki, komanda medal qazandı. Biz azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək üçün bundan sonra səylə məşqlərimizi davam etdirəcəyik", - gimnast deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də