Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kriminal avtoritetin məhkəmə hökmü ləğv edildi

Gəncədə kriminal aləm üzvləri arasında baş verən silahlı insidentdə adam bıçaqlamaqda təqsirləndirilən “Gəncəli Püsük” ləqəbli Vüsal Süleymanov və Fariz Səmədovun barəsindəki hökümdən verilən şikayətə baxılıb.
 
Gəncə Apelyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib və yenidən baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.
 
Qeyd edək ki, ittiham aktında qeyd olunur ki, 9 yanvar 2018-ci ildə “Gəncəli Püsük”, Fariz Məmmədov və bir neçə istintaqa məlum olmayan şəxslərlə kriminal aləmdə özünü tanıdan “Gəncəli Firdovsi” kimi tanınan avtoritetin adamları ilə Göygöl rayonu Qızılca kəndi ətrafında görüşüblər.
 
Söhbət zamanı qarşı tərəfə öz güclərini göstərmək məqsədilə Vüsal Süleymanov və Fariz Səmədov tərəfindən silahdan havaya atəşlər açılıb. Mübahisə zamanı Vüsal Süleymanov “Gəncəli Firdovsi”nin tərəfdarı olan Ruslan Əsgərovu bıçaqlayıb. Hadisə zamanı tərəflər hadisə yerindən uzaqlaşıb. Hadisədən bir il keçəndən sonra “Gəncəli Püsük” polis əməkdaşları tərəfindən Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib.
 
Şahidlərin istintaqa verdiyi ifadələrindən məlum olur ki, mübahisəyə səbəb Gəncə şəhərinin “kriminal vəziyyəti”nə kimin baxılması ilə bağlı olub. Şahidlərin ifadəsində qeyd edilir ki, 2018-ci ildə “Lotu Quli” ləqəbli Nadir Səlifov Gəncə şəhəri üzrə “Püsük”ü təyin edib. Lakin “Lotu Quli”ni qanuni oğru kimi tanımayan “Gəncəli Firdovsi” bu “praqon”a etiraz edib. “Gəncəli Firdovsi” kriminal aləmdə çox tanımış və nüfuzlu avtoritet kimi qəbul edilir. Bu səbəbdən tərəflər arasında qarşıdurma olub.
 
Faktla bağlı Vüsal Süleymanov və Fariz Səmədov Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub.
 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Süleymanovun və Fariz Səmədova verilən ittihamlar dəyişdirilib.
 
Belə ki, onlara qarşı irəli sürülən Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.
 
Məhkəmənin hökmü ilə “Gəncəli Püsük” 8 il, Fariz Səmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə istintaq dövründə barəsində polis nəzarəti qətimkan tədbiri seçilən Fariz Səmədov məhkəmə zalında həbs edilib.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də