Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Stepanakert alayı darmadağın ediləndən sonra döyüş qabiliyyətli bölmələrimiz yox idi"






Ordu rəhbərliyi oktyabrın əvvəlində birbaşa Nikol Paşinyanın göstərişi ilə cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi, hansı ki, bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi.

Bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində İkinci Qarabağ müharibəsi haqda danışarkən deyib.

“Bu, ən uğursuz əməliyyat oldu və nəticədə ordu korpuslarından biri və Stepanakert alayı darmadağın edildi. Bundan sonra bizim səmərəli müdafiəni təmin edə biləcək döyüş qabiliyyətli bölmələrimiz yox idi", - Köçəryan bildirib.

Köçəryanın sözlərinə görə, bu, Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi: 

“Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq, 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadruta, Qubadlı, Zəngilan, Xudafərin və s. ərazilərə gəlib çıxdı”.

Köçəryan deyib ki, cəbhənin digər yerlərində müdafiəni saxlaya biliblər: 

“Azərbaycan niyə barışığa razılıq vermirdi? Çünki ordusu hər gün irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz”.

Köçəryan əmindir: bütün yanlış qərarları bir adam qəbul edib. Onun fikrincə, müharibədə xalq yox, baş nazir, onun komandası və ümumilikdə apardığı siyasət uduzub: 

“Hakimiyyətin daha bir kobud səhvi şanlı döyüş yolu keçən keçmiş generalları hərbi əməliyyatlara yaxın buraxmaması idi”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də